Podolyak Krım sakinlərinə müraciət etdi: Sığınacaq hazırlayın 

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Krım yarımadasının yaşayan insanlara müraciət edib.

Milletinsesi.az xəbər verir ki, bunu Mixaylo Podolyak “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır.

“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.

Mənbə

Share: