Polis Nabranda ağır qəza törətdi

Xaçmazda polis qəza törədib.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Milletinsesi.az-a verilən məlumatda bildirilib.

Belə ki, sentyabrın 3-də saat 1 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Share: