Polşa baş naziri Ukrayna ilə bağlı prioritetlərini açıqladı

Polşanın baş naziri Mateuş Moraveyski rəsmi Varşavanın Ukrayna ilə bağlı prioritetlərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, Avropa İttifaqının sammitindəki çıxışı zamanı səsləndirdiyi fikirləri tviter səhifəsində də paylaşıb.

 

“1. Döyüşən Ukrayna ilə bağlı hərbi və maliyyə dəstəyində Aİ əməkdaşlığı;

 

2. 10-cu sanksiyalar paketinin tətbiqi;

 

3. Rusiya Federasiyasının əmlakının müsadirə edilməsi və Ukraynanın bərpasına yönəldilməsi, həmçinin bu vəsait hesabına vətəndaşlar üçün enerji qiymətlərinin aşağı salınması”, – deyə Baş nazir qeyd edib.

Mənbə

Share: