Polşa BMT vasitəsilə Almaniyadan təzminat almaq istəyir 

Polşa BMT-yə bəyanat göndərərək Almaniyadan müharibə təzminatının alınmasında kömək istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini, hökumətin təzminat üzrə səlahiyyətli nümayəndəsi Arkadiuş Mulyarçik bildirib.

 

“Biz sizdən bu məsələyə müdaxilə etməyinizi, bu dialoqu aparmaq istəməyən Almaniya ilə dialoq platforması yaratmağınızı xahiş edirik”, – o qeyd edib.

 

Bundan əvvəl Polşa oxşar tələblə Avropa Şurasına və YUNESKO-ya müraciət edib.

 

Sentyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dağıntılara görə kompensasiya tələb edən nota imzalayıb. Varşava müharibənin vurduğu zərərin həcmini 6,2 trilyon zloti (1,3 trilyon dollar) qiymətləndirir. 

 

Akif İsmayılov 

Mənbə

Share: