Premyer Liqa klublarımıza top paylandı

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba və Peşəkar Futbol Liqasına 50 ədəd top (cəmi 450 ədəd) verilib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Anlaşmaya uyğun olaraq, klubların hər biri və PFL üçün nəzərdə tutulmuş “Nike” şirkətinin istehsalı olan toplar dövrələrarası fasiləsi zamanı onlara təqdim olunub.

Qeyd edək ki, 2019/2020-ci illər mövsümünün startı ərəfəsində də hər biri kluba və PFL-ə 50 ədəd top (cəmi 450 ədəd) verilib.

Share: