Prezident Belarusdakı açılış mərasiminə qatılmayacaq

Azərbaycan Prezidenti İlham Əliyev Belarus paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasiminə qatılmayacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Sputnik” Belarus hökumətindəki mənbələrə istinadən xəbər yayıb.

“Prezident olmayacaq. Azərbaycanı parlamentin spikeri təmsil edəcək”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Belarus paytaxtı Minskdə 21-30 iyun tarixlərində II Avropa Oyunları keçiriləcək. Oyunlara 50 ölkədən 4 mindən çox idmançının qatılacağı gözlənilir.

 

Share: