Xaçmazda motosiklet maşınla toqquşdu: yaralanan var

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xaçmazın Armudpadar kəndi ərazisində baş verib.

“Honda”markalı avtomobillə motosikletin toqquşması nəticəsində ikincininsürücüsü xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Share: