Prezident bu şəxslərə ali xüsusi rütbə verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin:

Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi

Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Nağıyev Vəli Nağı oğlu

“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə

Abbaszadə Aygül Nadir qızı

Ağayev Ruslan Rafael oğlu

Əhmədova Zərnişan Ağa qızı

Əkbərov Anar Bəkir oğlu

Hüseynov Fizuli Təvəkkül oğlu

İsayev Nail Mehdiqulu oğlu

Məmmədov Elnur Nizami oğlu

Nuriyev Gəray Həsən oğlu

Sayılov Amil Xubyar oğlu

Seyidova Şəhanə Rizvan qızı.

2. Miqrasiya sahəsində uzunmüddətli fəaliyyətinə və vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərinə görə Azər Kərim oğlu Allahverənov “Tərəqqi” medalı ilə təltif edilsin.

Share: