![Prezident Xalq artistinə mənzil hədiyyə etdi](https://milletinsesi.az/wp-content/uploads/;http://axsam.az/img/pics/large/2019-05/177006_vit1zro89q.jpg)
Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.
Axşam.az xəbər verir ki, bu barədə aktyor öz video-müraciətində bildirib. O, mənzillə bağlı dövlət başçısına ərizə ilə müraciət etdiyini bildirib:
“Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Cənab Prezidentə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Q.İsmayılov buna qədər kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.