PSJ Neymarı “Real”a təklif etdi

PSJ futbolçusu Neymarı “Real”a satmaq istəyir.

Qol.az-ın xəbərinə görə, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilir ki, Paris klubunun rəhbərliyi bununla bağlı Madrid təmsilçisinin prezidenti Florentino Peresə iki dəfə müraciət edib. Ancaq “Real”ın braziliyalı hücumçunu almaq fikri olmadığı vurğulanıb. Çünki “kral klubu” artıq Eden Hazard və Luka Yoviçin transferi üçün 160 milyon avro  xərcləyib.

Qeyd edək ki, Neymarla “Barselona”nın maraqlandığı iddia olunur.

Share: