PSJ-nin iki futbolçusu koronavirusa yoluxdu

PSJ-nin iki futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yoluxan futbolçuların adları açıqlanmayıb. Ancaq “L’Equipe” nəşri onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğunu yazıb. Hər iki futbolçunun İbiza adasındakı tətilini yarımçıq qoyaraq Parisə qayıtdığı bildirilib.

Share: