Putin Ərdoğanla GÖRÜŞƏCƏK

 

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş barədə razılaşıblar.

Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya lideri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib: “Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”, – Putin deyib.

Dövlət başçısı əlavə edib ki, Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib: “Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.

Mənbə

Share: