Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Prezident Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək. Onun bir sıra beynəlxalq telefon danışıqları mümkündür.

Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, prezident MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 18-ci iclasını keçirəcək. O qeyd edib ki, mövcud vəziyyət – “xarici və daxili təhdidlərin çoxalması” fonunda MDB dövlətlərinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin üzərinə xüsusi yük və məsuliyyət düşür.


“Bu tədbirin sonunda prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır… Və biz bir neçə beynəlxalq telefon danışıqlarını istisna etmirik”, – Peskov jurnalistlərə bildirib.

Mənbə

Share: