Putin Ermənistanda həbs olunacaq? Simonyandan KRİTİK AÇIQLAMA

“Rusiya prezidenti Vladimir Putin səfərdə olarkən onun həbsini təsəvvür etmək çətindir”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O bildirib ki, Ermənistan tərəfindən “Roma Status”unun ratifikasiyası prosesi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsi ilə bağlı qərarına görə deyil: “Bu, ilk növbədə Ermənistan üçün lazımdır”, – Simonyan bildirib.

Putinin Ermənistanda həbs oluna biləcəyi ilə bağlı suala Simonyan belə cavab verib: “Fərziyyələr irəli sürməyək. Bunu təsəvvür etmək mənim üçün çətindir. Fiziki olaraq bunun necə həyata keçirilməli olduğunu təsəvvür edə bilmirəm”.

Mənbə

Share: