“Putin intihar edəcək, Yaltada isə Bayden, Makron və Şolts Rusiyanı bölüşdürəcəklər…”

 

T.Q. Şevçenko adına “YouTube” kanalının yaradıcısı və həmmüəllifi Vitali Kapranov  tarixi nümunələrdən yararlanaraq sübut edir ki, Krım uğrunda qarşıdan gələn döyüş sonuncu Rusiya imperiyasının məzarı olacaq. Və Putin həyatını intiharla bitirəcək, Yaltadakı keçmiş çar sarayında isə Bayden, Makron və Şolts Rusiyanı tərksilah edib bölüşdürəcəklər.

Milletinsesi.az xəbər verir ki, bu haqda “NV” radiosu  məlumat yayıb.

Təsisçisi olduğu “YouTube” kanalının baş redaktoru  Yelena Tribuşnayanın “Bir il əvvəl, təxminən eyni tarixlərdə sizinlə Krım haqqında danışdıq və siz dediniz ki, Krım bütün imperiyaların bitdiyi yerdir. Rusiya imperiyasının sonu orada bitəcək və Rusiyanın sonuncu prezidenti Krımda intihar edəcək. Çünki o, Krımı ilhaq etməklə özünü tələyə salıb. Bəs bu intihar nə vaxt olacaq?” sualına cavab olaraq V.Kapranov bunları söyləyib:

“Ümid edirəm ki, Krımda, nəhayət, Putinin intihar etdiyi bayram tezliklə gələcək.  Rusiyanın Krımda sonu çatacağına şübhə edənlər üçün xatırladım ki, Sovet İttifaqı Krımda sona çatdı – SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Sergeyeviç Qorbaçov Forosdakı bir bağ evində həbs edildi və məhz o zaman Sovet İttifaqının sonu gəldi…

Krım, ümumiyyətlə, müqəddəs yerdir və bunu bütün tarixi məlumatlardan görmək olar. Skif dövləti orada öz varlığına son qoydu. Rusiya Krım xanlığını ələ keçirdi, 70 ildən sonra Krım müharibəsi baş verdi. Və Krım müharibəsinin nəticələrinə görə, o vaxtkı imperator həqiqətən intihar etdi – qışda şinelsiz bir mundirdə parada getdi. Nəticədə o, soyuqladı və  ağ ciyərlərinin sətəlcəmindən öldü. Yəni bir növ orada intihar etdi. Kifayət qədər tarixi məlumatlar var, lakin bu gün baş verənlər, sadəcə, müqəddəs şeylərin təcəssümüdür. Bu məsələyə nə qədər gülüşlə yanaşsaq da , Krım Rusiya üçün artıq iki dəfə öldüyü, indi isə üçüncü dəfə öləcəyinə ümid edildiyi müqəddəs bir nöqtə kimi tarixə düşür. Hər şey plan üzrə gedir”- deyə publisist vurğulayıb.

Qeyd edək ki, Vitali və Dmitri Kapranov – əkiz qardaşları Ukraynanın tanınmış naşir, yazıçı, publisist və ictimai xadimlərindəndir…

Sultan Laçın

Mənbə

Share: