Putin İrəvana gəldi

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlib.

Millətin Səsi. az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentini hava limanında qarşılayıb..

Qeyd edək ki, Putin artıq səkkizinci dəfədir Ermənistana səfər edir. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvanda olub.

Mənbə

Share: