Putin Kadırova general-polkovnik rütbəsi verdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova general-polkovnik rütbəsi verib.

 

Modern.az xəbər verir ki, bu barədə Kadırov özünün teleqram kanalında bildirib.

 

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”,- deyə Kadırov vurğulayıb.

Mənbə

Share: