Ukrayna Rusiya ilə danışıqlardan imtina edir.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Vladimir Putin Rusiya prezidenti olaraq qaldığı müddətdə Kiyev danışıqlar aparmayacaq.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi barədə qərar verib.
Akif İsmayılov