“Rusiya Zaporojye AES-də Çernobıldan on dəfə dağıdıcı olan qəza şəraiti törədə bilər…”

“Rusiyanın təkcə resursları deyil, variantları da tükənir, ona görə də nüvə silahından istifadə edilməsi tamamilə realdır…”

 

“ABŞ və Rusiya dialoq üçün tələb edilən güzəştlərə getməyəcək…”

 

“Ukrayna birləşdirilən ərazilərə daxil olarsa, Moskvaya nüvə silahını tətbiq etməyə imkan verən doktrinalar qüvvəyə minəcək…”

 

“Ən pis variant Qərbin buna cavab verməyə qərarı ola bilər…”

 

Ukrayna üçün üç geosiyasi ssenari sezilir…

 

Rusiyaya birləşmə barədə referendumların keçirilməsindən sonra Ukrayna özünün dörd vilayətini itirməli olub. İndi onun üçün üç geosiyasi ssenari sezilir.

 

Moderator.az xəbər verir ki, bu barədə Bolqarıstan Radiosuna müsahibəsində politoloq, beynəlxalq təhlükəsizlik və münaqişələrin idarə edilməsi sahəsində ekspert İskren İvanov danışıb.

 

Onun sözlərinə görə, nüvə silahının tətbiqi tamamilə realdır.

 

Politoloqun görə, birinci ssenari ən yaxşısı, amma ən real olmayandır.

 

Bu, Rusiya və ABŞ-ın dialoq üçün imkanları tapmasıdır. Problem bundadır ki, dialoq güzəştlər tələb edir, tərəflər buna getməyəcək.

 

İkinci ssenari, gərginlik getdikcə artacaqsa, bir qədər qorxuludur, burada üç altvariant ola bilər:

 

– Birincisi, Rusiya Zaporojye AES-də qəza şəraiti yarada bilər və bu, Çernobıldan on dəfə dağıdıcı ola bilər.

 

– İkinci variant bundan ibarətdir ki, əgər Ukrayna Rusiyaya birləşdirilən ərazilərinə daxil olmağa qərar verərsə, Moskva taktiki nüvə silahı tətbiq edə bilər.

 

Bu, baş verərsə, Ukrayna seçim qarşısında qalacaq-ya təslim olmaq, ya da mübarizini davam etdirmək.

 

– Daha pis variant Qərbin cavab verməyə qərar verməsidir. Əgər Qərb taktiki nüvə silahının tətbiqinə cavab verərsə, Rusiya NATO-ya münaqişə tərəfi kimi baxa bilər”.

 

Bu mərhələdə Kremldə çevriliş baş verməsi ehtimalı azdır, İskren İvanov hesab edir.

 

Rusiyanın təkcə resursları deyil, onun variantları da tükənir, ona görə də nüvə silahının tətbiqi tamamilə realdır, analitik qeyd edib. 

 

Onun sözlərinə görə, əgər Ukrayna birləşdirilən ərazilərə daxil olarsa, Moskvaya nüvə silahını tətbiq etməyə imkan verən doktrinalar qüvvəyə minəcək.

 

Hazırda Bolqarıstan üçün birbaşa hərbi təhlükə yoxdur, çünki o, NATO-nun çətiri altındadır.

 

Amma bu təhlükə  Rusiya ilə Qərb arasında atışma və Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə yarana bilər, politoloq sözlərinə yekun vurub.

Mənbə

Share: