Putin Rəisi ilə Suriyanı müzakirə etdi 

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

 Telefon danışığı zamanı enerji, nəqliyyat və logistika sahələrində qarşılıqlı layihələrin həyata keçirilməsi müzakirə edilib.

 

Dövlət başçıları Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.

Mənbə

Share: