“Putin üçün Nikita Mixalkov “mədəniyyətin” özüdür və bu sahə büsbütün Rusiya liderinə uyğunlaşdırlıb…”

“Onun gedişi mədəniyyət sahəsi üçün Stalinin ölümünə bənzəyəcək…”

 

“Sobçak “yırtıcı , “iyrənc”, “çox murdar”, “hiyləgər” “yəhudi fahişəsi”dir…”

 

Sobçak Mixalkovun mümkün ölümünü Stalinin ölümü ilə müqayisə edib, buna görə Solovyov “hiyləgər yəhudi”nin payını verib

 

Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak rejissor Nikita Mixalkovun ağır xəstəlik səbəbindən həyatdan gedə biləcəyini Stalinin ölümü ilə müqayisə edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb. Məlumatı “Moskovski komsomolets” nəşri yayıb.

 

“Mixalkov reanimasiyadadır. Bəri başdan deyirəm: mən ona yalnız cansağlığı və uzun ömür arzulayıram, lakin bir şey barəsində düşünməmək olmur. 

 

Nikita Sergeyeviç mədəniyyət xadimlərindən “bədənə” çoxillik və birbaşa “çıxışı” olan yeganə xadimdir”, – Sobçak yazıb.

 

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin üçün Nikita Mixalkov elə “mədəniyyət”in özüdür və bu sahə büsbütün ona uyğunlaşdırılıb.

 

“Onun gedişi (ümid edirəm ki, bu, tez yox, gec olacaq) bu sahə üçün Stalinin ölümünə bənzəyəcək. Lyubimova, Burlyayev və bir çox başqa fiqurlar Mixalkovsuz tamam başqa vəziyyət yaradır. 

 

Heç kim “bədənə” yeni  “çıxış” verməyəcək. Çıxışı olanlar isə…onun yerini kim tuta bilər? Düzdür, heç kim”, – Sobçak qeyd edib.

 

Bu postuna görə jurnalist xanım çoxsaylı qəzəbli rəylər qazanıb və onları özünün “Telegram-kanal”ında həmkarı Vladimir Solovyov həvəslə toplayıb.

 

Onların bir hissəsini Sobçak öz səhifəsində yerləşdirib. “Sobçak yırtıcıdır”, “iyrəncdir”, “çox murdardır” , “yəhudi fahişəsidir” və s. ifadələr dolu şərhlər yazılıb.

 

“Bax, belələrinə nə deyəsən? Onların başı və ürəyinin yerində nə var?! – Sobçak ünvanına yazılanları belə şərh edib.

 

Xarırladaq ki, rusiyalı rejissor Nikita Mixalkov yanvarın 5-də xəstəxanaya yerləşdirilib. Daha sonra reanimasiyaya köçürülüb. 

 

Onun “Covid-19” xəstəliyinin fəsadlarından, bəzi məlumatlara görə, ağır qripdən əziyyət çəkdiyi deyilir.

Mənbə

Share: