Putinin həbsi ilə bağlı İnterpola müraciət ediləcək 

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı tezliklə İnterpola müraciət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman məlumat verib.

 

Onun sözlərinə görə, Putin Almaniyaya səfər etsə, bu ölkənin müvafiq qurumu onu həbs etməyə məcbur olacaq.

 

“Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edəcək”, – deyə Buşman bildirib.

Mənbə

Share: