
“Ukraynaya qarşı müharibədə məğlubiyyət diktatora böyük zərbə olacaq…”
Rusiya ilə qlobal münaqişə təhlükəsi bu gün ciddidir.
Moderator.az “TSN”ə istinadla xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles “The Times” qəzetinə müsahibəsində deyib.
Ən çox da naziri Rusiya ilə hərbi münaqişə təhlükəsi narahat edir.
“Putin Ukraynada uduzsa, çox yara alacaq, bu ona təsir edəcək. Onun hələ də hava qüvvələri və donanması var – və biz görürük ki, bu donanma kifayət qədər aqressiv manevrlər edir. Putin hələ bizimlə işini bitirməyib. Onun hələ növbəti üç-dörd il ərzində hücum etmək qabiliyyəti var”, – deyə Uolles bildirib.
Uolles əmindir ki, Putin sakitləşməyəcək və Ukraynadakı məğlubiyyətinə görə məsuliyyət daşıyanları axtaracaq. Nazir xatırladıb ki, rus diktatoru artıq bəyan edib ki, “Vaqner” lideri Yevgeni Priqojinin uğursuz üsyanının arxasında ingilislər dayanır.
S.Laçın


