Putinin milyarder “desantı” Qarabağın “hərbi təhlükəsizliyi”nə də burnunu soxdu…-FOTO

“Ümid edirik ki, tezliklə dövlətimizin və ordumuzun qətiyyətli tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu rejimlə bərabər artıq torpaqalrımızın “təhlükəsizliyi”nə də burnunu soxan Ruben Vardanyan kimi avantüristlərin də varlığına son qoyulacaq…” 

 

Avqustun əvvəllərindən guya Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun haykların məskunlaşdığı hissəsinə gəlmiş rusiyalı erməni milyarder Ruben Vardanyan torpaqlarımızda olduğu müddətdə soydaşlarının sosial-iqtisadi problemləri ilə maraqlanıb. İndi isə Rusiya “sülhməramlı” kontingetinin himayəsinə güvənən bu avantürist iş adamı artıq separatçı-terrorçu rejimin “hərbi vəziyyəti”, “təhlükəsizliyi”  haqda da qayğılanmağa başlayıb. 

 

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində və Xankəndindəki separatçı nəşrlərin son məlumatları bunu təsdiqləyir.

 

Sentyabrın 26-da Ruben Vardanyan  Xankəndində “ehtiyatda olan zabitlər ittifaqı”nın nümayəndələri ilə görüşüb.

 

Bu barədə o, özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

 

“Təhlükəsizliyimizi təmin etmək üçün bizim kifayət qədər potensialımız və imkanlarımız var. Stepanakertdə görüşdüyüm Artsaxın ehtiyatda olan zabitlər ittifaqının nümayəndələri belə deyirlər. Mən də eyni fikirdəyəm.

Təhlükəsizliyimizi öz gücümüzlə təmin etmək üçün zabitlər üç mühüm komponent müəyyən etdilər:

– Hərbi təhsilin genişləndirilməsi və yüksək keyfiyyətli hərbi kadrların hazırlanması;

– Bütün sahələrdə bacarıqlı və məsuliyyətli iş,

– potensialımızdan, xüsusən də insan potensialımızdan tam və düzgün istifadə etmək”.

 

Ümid edirik ki, tezliklə dövlətimizin və ordumuzun qətiyyətli tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu rejimlə bərabər artıq torpaqlarımızınn “təhlükəsizliyi”nə də burnunu soxan Ruben Vardanyan kimi avantüristlərin də varlığına son qoyulacaq.  

 

Sultan Laçın

 

Mənbə

Share: