“Putinlə yalnız onun dəfnində menyu barədə müzakirə aparmaq olar…”

“Danışıqlar heç vaxt təslim olmaq anlamına gəlmir…”

 

“Şər qarşısında təslim olmaq olmaz, şərin ağ bayraq qaldırıb təslim olması üçün mübarizə aparmaq lazımdır…”

 

Bir daha Roma Papasının Rusiya-Ukrayna müharibəsində “ağ bayraq” qaldırmaq bəyanatı haqqında

 

Katolik Kilsəsinin başçısı, Roma Papası Fransisk  Rusiya-Ukrayna müharibəsində tərəflərə danışıqlara başlamağa və Ukraynaya “ağ bayraq” qaldırmağa çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, İsveçrənin  RSI telekanalına müsahibəsində bəyan edib. Məlumatı “dw.com” nəşri yayıb.

 

Jurnalist Fransiskə belə bir sualla müraciət edib: “Ukraynada özündə cəsarət tapıb, ağ bayraq qaldırıb təslim olmağa çağırış edənlər də var. Lakin digərləri deyir ki, bu, daha böyük gücə malik olana legitimlik verəcək. Siz bu barədə nə düşünürsünüz?”

 

Roma Papası suala belə cavab verib: “Bu, interpretasiyadır. Lakin mən hesab edirəm ki, gerçək vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmaq cəsarətində olanlar daha güclüdür.

 

Bu gün beynəlxalq güclərin köməyilə danışıqlar apara bilərsiniz. “Danışıqlar” güclü sözdür. Məğlub olduğunu, işlərin yaxşı getmədiyini görəndə danışıqlar aparmağa cəsarətiniz olmalıdır. Sizin üçün bu, utancverici  ola bilər, lakin bu, nə qədər insan ölümü ilə nəticələnəcək?”

 

“Zamanında danışıqlar aparın, vasitəçi ola bilən ölkəni axtarın. Məsələn, bu gün Ukrayna müharibəsində vasitəçi olmaq istəyənlər çoxdur. Türkiyə bunu artıq təklif edib, başqaları da var. Nə qədər ki, vəziyyət daha da pisləşməyib, danışıqlar aparmaqdan utanmayın”, – Fransisk əlavə edib.

 

“Reuters” informasiya agentliyi qeyd edib ki, Fransisk ilk dəfədir ki, Rusiya-Ukrayna müharibəsini  müzakirə edərkən “ağ bayraq” və “məğlub olan tərəf” terminlərindən istifadə edib. 

 

Roma Papasının sözlərini Vatikan nümayəndəsi Matteo Bruni şərh edib. Onun sözlərinə görə, Fransisk Kiyevin təslim olmasını deyil, atəşkəsə və danışıqlara çağırış edib.

 

Vatikan nümayəndəsi qeyd edib ki, Roma Papası “ağ bayraq” ifadəsindən ona sual verən jurnalist istifadə etdiyindən bu termini işlədib.

 

“Papa müsahibə götürənin təklif etdiyi ağ bayraq obrazını hərbi əməliyyatların dayandırılması, danışıqlar cəsarəti sayəsində atəşkəsi ifadə etmək üçün qəbul edib. O, ədalətli və möhkəm sülhə nail olmaq üçün məsələnin diplomatik həllini istəyir”, – “Vatican News” nəşri Brunidən iqtibas gətirib.

 

Bu zaman Vatikanın mətbuat xidmətinin rəhbəri xatırladıb ki, əvvəlllər Fransisk artıq vurğulayıb ki, “danışıqlar heç vaxt təslim olmaq demək deyil”.

 

Latviya prezidenti Edqars Rinkeviç Fransiskin fikirlərini tənqid edib. “Şər qarşısında təslim olmaq olmaz, şərin ağ bayraq qaldırıb təslim olması üçün mübarizə aparmaq lazımdır”, – Rinkeviç “X” sosial şəbəkəsində yazıb.

 

Fransiskin nitqi Polşa xarici işlər naziri Radoslav Sikorskinin də diqqətindən yayınmayıb.

 

“Bəlkə tarazlıq üçün Putin özündə cəsarət tapıb öz ordusunu Ukraynadan çıxarsa yaxşı olar? O zaman dərhal danışıqlara zərurət olmadan sülh bərqərar olacaq”, – nazir vurğulayıb.

 

“Aydındır ki, tutduğu vəzifəsi onun üzərinə saxta mərhəmət dolu müdriklik nümayiş etdirmək öhdəliyini qoyur. Lakin Fransisk “danışıqlara” çağırış edərkən açıq-aşkar ifrata varıb. Putinlə yeganə mümkün olan müzakirə onun dəfn mərasimində hansı menyunun olmasıdır”, – rusiyalı müxalifətçi Aleksandr Nevzorov deyib. 

 

Münaqişələrdən, o cümlədən İsrailin HƏMAS-la müharibəsindən danışarkən Fransisk əlavə edib ki, “danışıqlar heç vaxt təslim olmaq demək deyil. Bu, ölkəni intihara çatdırmamaq cəsarətidir”.

 

“Mən İsrail yəhudilərinə bu vəziyyət üzərində düşünmək üçün məktub göndərmişəm”, – Papa əlavə edib.

 

“İsrail ilə Fələstin arasında baş verənlər müharibədir. Müharibədə bir yox, iki tərəf olur. Müharibəni aparan həmin o iki tərəf məsuliyyətsizdir!” – Roma Papası deyib.

 

Ukrayna və Rusiyanın süln danışıqları-bəlli olanlar

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin dayandırılması üçün  Rusiyanın iştirakı ilə sülh sammitinin keçirilməsini təklif edib.

 

Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski buna cavab olaraq deyib ki, ilk qlobal sammit Rusiyanın iştirakı olmadan İsveçrədə keçiriləcək.

 

Qərb KİV-ləri hesab edir ki, Ukrayna və Rusiyanın tammiqyaslı qarşıdurmasına son qoyulması barədə gerçək danışıqlara “başlamaq hələ çox tezdir”, danışıqlar prosesinə başlayan zaman liderlik etməlisən.

 

Jurnalistlərin fikrincə, hazırda Qərb ölkələri danışıqlar yolu ilə tam atəşkəsi təmin etmək üçün öz niyyəti barədə siqnallar göndərə bilər.

Mənbə

Share: