Ukraynada anti-Rusiya qüvvələri ilə qarşıdurma qaçılmaz idi, bu, an məsələsi idi. Biz Rusiyanı hərbi əməliyyatla qoruyuruq, başqa seçimimiz yox idi.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın Prezidenti Vladimir Putin deyib.
Müasir Ukraynanın Rusiyanın dəstəyi ilə qurulduğunu iddia edən Putin, Ukraynanın şərqindəki Donbass bölgəsinin Rusiya ərazisi olduğunu iddia edib.
Qeyd edək ki,bu gün Putinin göstərişi ilə başlanan işğalın 48-ci günüdür.
Qərb dünyasından Moskvanı hədəf alan sanksiyalar gündən-günə ağırlaşarkən Rusiya qüvvələri meydanda istədikləri sürətlə irəliləyə bilmədiyi üçün mülki yaşayış məntəqələrini də vurmağa başladılar. Hətta dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan da istifadə olunur.Rusiya prezidenti Vladimir Putin Ukraynadakı əməliyyatların müvəffəqiyyətli olana qədər davam edəcəyini açıqlayıb.