Ukrayna rus ordusunun itkilərini açıqladı

Ukrayna Baş Qərargahı  24 fevral-12 aprel tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı məlumatı açıqlayib.

Millətin Səsi.az xəbər verir ki, açıqlamada Rusiya ordusunun  19 min 600 əsgəri həyatını itirdiyi,  732 tank, 1946 zirehli texnika, 349 artilleriya sistemi, 111 reaktiv yaylım atəşi sistemi, 63 hava hücumundan müdafiə sistemi, 157 təyyarə və 140 helikopteri məhv edildiyi bildirilib.

Bildirilib ki, Rusiya qüvvələri 7 gəmi-qayıq, 76 yanacaq daşıyan maşın, 124 pilotsuz uçuş aparatı və 1406 texnika itirib.

Share: