Rusiya Fransa və ya Avropa ilə müharibə vəziyyətində deyil.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Fransanın keçmiş Prezidenti General Şarl de Qollun (1959–1969) nəvəsi və Xalqlar arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll Sankt-Peterburqdakı 12-ci Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumundan sonra TASS-a açıqlamasında bildirib.
“Rusiya Fransa ilə müharibə aparmır. Rusiya Avropa ilə müharibə aparmır. O, sülhsevər ölkədir və biz Fransa ilə Rusiya arasındakı əlaqələri möhkəmləndirmək üçün buradayıq”, – deyə o bildirib.
De Qoll bu dəfə Rusiyaya səfəri zamanı övladlarını da özü ilə gətirib; o, bu mədəni təcrübənin onlar üçün faydalı olacağına inanır.


