“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

Qol.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun komandası 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb

Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən “qırmızı-qaralar” bu dəfə doğma meydanda uduzub – 0:1. Bununla da “Qəbələ” turnirdə mübarizəni dayandırıb.

24 oktyabr

UEFA Gənclər Liqası

1-ci mərhələ, cavab oyunu

14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr) – 0:1
Qol:
Satsias, 55
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

Share: