Dünya təhlükədə – Buzlar əriyir

Son illər Payn-Aylenddən böyük ölçüdə buz kütlələri ayrılıb. 2018-ci ilin oktyabr ayında təqribən 300 kvadrat kilometrlik bir hissə buzlaqdan ayrılıb

Tezliklə Qərbi Antarktidada yerləşən Payn-Aylend buzlağından Parisdən iki dəfə böyük olan aysberq parçalana bilər. Artıq buzlağın səthində mütəmadi olaraq böyüyən iki iri çat əmələ gəlib.

Qeyd edək ki, buzlaqda yaranan çatlar 2019-cu ilin əvvəlində Avropa Kosmik Agentliyinin Sentinel-1 və Sentinel-2 peyklərindən istifadə edilərək müəyyən edilib. Artıq bu gün hər bir çat 20 kilometrə qədər böyüyüb.

Xatırladaq ki, son illər Payn-Aylenddən böyük ölçüdə buz kütlələri ayrılıb. 2018-ci ilin oktyabr ayında təqribən 300 kvadrat kilometrlik bir hissə buzlaqdan ayrılıb.

Bu buzlaq Qərbi Antarktika buz təbəqəsini Amundsen dənizi ilə birləşdirir. O, dünyada ən sürətli parçalanan buzlaqlardan biri kimi tanınır. NASA mütəxəssislərinin fikrincə, aysberqlərin meydana gəlməsi intensivləşib. Son tədqiqatlar buz kütləsini aşağıdan yuyan və əriməyə kömək edən isti cərəyanların olduğunu sübut edib.

Məlumata görə, Payn-Aylend buzlağı gündə 10 metr sürətlə hərəkət edir. Xatırladaq ki, 1992, 1995, 2001, 2007, 2011, 2013, 2015, 2017 və 2018-ci illərdə ondan böyük parçalar ayrılıb./Sputnik Azərbaycan

Share: