Qənirə Paşayeva istedadlı məktəbli İbrahim Zeynalov və onun ailəsi ilə görüşdü- FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qubanın Xınalıq kəndindən olan istedadlı məktəbli İbrahim Zeynalov və onun atası Bəhmən Zeynalov ilə görüşüb.

Komitə sədri Polşalı bir turistlə ingilis dilində sərbəst danışığı ilə sosial şəbəkələrdə gündəm yaradan, ün qazanan Xınalıq məktəblisi İbrahimi salamlamaqdan şad olduğunu deyib. Məktəblinin atasına belə övlad böyütdüyü üçün təşəkkür edib. Həmçinin MÜSİADa, “Qardaş köməyi” platformasına məktəbliyə dəstək durduqları üçün minnətdarlığını ifadə edib. O, İbrahimin Bakıdakı Türkiyə Beynəlxalq Maarif Məktəbində ödənişsiz təhsil alacağını eşitməkdən məmnunluğunu bildirib, bunun İbrahimin həyatında yeni mərhələ olacağına inandığını bildirib.
Q.Paşayeva “MÜSİAD – Azərbaycan” və “MÜSİAD – İngiltərə”nin 13 yaşlı İbrahim Zeynalovu Böyük Britaniyaya oxumağa göndərmək qərarını alqışlayıb.

Q.Paşayeva Xınalıq məktəblisinə xatirə hədiyyələri bağışlayıb. Bəhmən Zeynalov oğluna diqqət-qayğı göstərən hər kəsə, görüş və tövsiyyələr üçün Q.Paşayevaya təşəkkür edib.

Milli Məclisdə baş tutan görüşdə MÜSİAD-ın şöbə müdiri Mühtərəm Öz iştirak edib.

Mənbə

Share: