Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ AÇIQLANDI

Bu il Qətərdə keçiriləcək futblol üzrə dünya çempionatının xərcləri 208 milyard avro təşkil edib.

 

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.

 

Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib: “Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb”.

 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək gerçəkləşəcək.

 

Mənbə

Share: