M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.
Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.


