Qəzzanın minalardan təmizlənməsinə 541 milyon dollar lazımdır

Qəzzanın minalardan təmizlənməsinə 541 milyon dollar lazımdır

Qəzza zolağının yenidənqurma prosesinə mane olan partlamamış hərbi sursatlardan təmizlənməsi 541 milyon dollara başa gələcək.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) işğal olunmuş Fələstin ərazilərindəki rəhbəri Julius Van der Valt bildirib.

Onun sözlərinə görə, partlamamış hərbi sursatlar anklav sakinlərinin həyatı üçün gündəlik təhlükə yaradır və yenidənqurma prosesinə mane olur.

O qeyd edib ki, münaqişə başlayandan bəri belə hərbi sursatlar əksəriyyəti uşaq olmaqla mindən çox insanın ölümü ilə nəticələnib. BMT-nin hesablamalarına görə, Qəzzada təxminən hər 600 metrdən bir partlamamış hərbi sursat tapılır.

Share: