Qadın ərinin oğruların qorxusundan kamində gizlətdiyi 20 min avronu təsadüfən yandırdı

“Mən alovu görəndə az qala huşumu itirəcəkdim…”

 

“Mən düşünürdüm ki, bu yer oğruların ağlına gəlməyən təhlükəsiz yerdir…”

 

Romada ailə cütlüyü 20 min avro məbləğində topladığı ehtiyatından məhrum olub.

 

Çünki həyat yoldaşı bu vəsaitlərin kamində gizlədildiyindən xəbərsiz olduğundan yanlışlığa yol verərək onları yandırıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “II Messagero” nəşri məlumat verib.

 

Hadisə cütlüyün Romanın Monteverdi rayonundakı mənzilində baş verib.

 

Belə ki, kişi qarətçilərdən ehtiyat edərək, 20 min avro məbləğində olan poçt əmanət istiqrazlarını isti havada istifadə etmədikləri kaminin bacasında gizlədib.

 

Lakin qışda bu vəsaitləri oradan götürməyi unudub və Milad bayramında həyat yoldaşının kamini yandırdığını görüb.

 

“Mən düşünürdüm ki, bu yer oğruların ağlına gəlməyən təhlükəsiz yerdir.

 

Həyat yoldaşım mənim bu istiqrazları orada gizlətdiyimdən xəbəri olmayıb.

 

Mən alovu görəndə, az qala huşumu itirəcəkdim”, – kişi danışıb.

 

Ehtimal edilir ki, kişi bu vəsaitləri yenidən əldə edə bilər.

 

Belə ki, onun poçta işləyən qardaşı deyib ki, istiqrazların seriya nömrələri saxlanıldığı halda onları yenidən buraxmaq olar.

Mənbə

Share: