Qafqazda 3+3 formatı üzrə təmaslar davam edəcək

 

“3+3 formatı Qafqaz regionunun güclənməsinə yönəlib”.

Milletinsesi.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Dmitri Kiselyova müsahibəsi zamanı deyib.

“Bu regionda konstruktivliyin formalaşmasına diqqətin artırılmasını təşkil etmək üçün biz 3+3 formatını təşviq edirik. İlkin təmas artıq baş tutub, biz davam edəcəyik”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, ilkin olaraq Azərbaycan və Türkiyə 3+3 platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Gigər tərəflər bunu alqışlasa da, Gürcüstan iştirakdan imtina edib. 3+3 regional platformasının ilk iclası 2021-ci il dekabrın əvvəlində Moskvada keçirilib.

Mənbə

Share: