“Qalatasaray” klubu Bakıya gəlir

Türkiyənin “Qalatasaray” klubu Bakıda yoldaşlıq görüşü keçirəcək.

Bu barədə “sarı qırmızılar”ın İdarə heyətinin üzvü Emin İmanov məlumat verib.

Azərbaycanlı klub rəsmisinin dediyinə görə, İstanbul təmsilçisi Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.

Oyun 2023-cü ildə Bakıda baş tutacaq. Matçın dəqiq tarixi iki klub arasında baş tutacaq müzakirələrdən sonra bəlli olacaq.(sportal.az)

Mənbə

Share: