“Qalatasaray” sloveniyalılara tapşırıldı

“Qalatasaray”ın Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Brügge” ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

UEFA qarşılaşmanı sloveniyalı hakimlərə tapşırıb.

Görüşü Slavko Vinçiç idarə edəcək. Ona Tomas Klançnik və Andraz Kovaçiç yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Neyç Kaytazoviç yerinə yetirəcək.

Qeyd edək ki, “Brügge” – “Qalatasaray” görüşü sentyabrın 18-i saat 20:55-də başlayacaq.

Share: