Qanuna dəyişiklik beynəlxalq çağırışların tələbidir

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli bildirib.

 

“Azərbaycanda “Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. 1995-ci ölkədə Konstitusiya qəbul olundu. Orada da Siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib. Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”, – deyə Əli Hüseynli bildirib. 

 

O qeyd edib ki, müxtəlif ölkələrdə “Siyasi partiaylar haqqında” qanunvericilik ölkələrin siyasi sistemindən asılı olaraq dəyişir.

 

Əli Hüseynli vurğulayıb ki, qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir.

Mənbə

Share: