Qarabağ əlilləri Bakıda tədbir keçirir

Bugünkü tədbirin əsas məqsədi bir qrup Qarabağ qazisinin müəyyən məsələlərlə bağlı bir yerə toplaşaraq, öz münasibətini bildirməsidir.

Milletinsesi.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Çingiz Qənizadə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qarabağ əlillərinin iştirakı ilə keçirilən tədbirdə jurnalislərə açıqlamasında deyib.

“1-2 gün əvvəl bəzi Qarabağ qaziləri mənə müraciət edib bildirdirlər ki, müəyyən qruplar bizi siyasi proseslərə cəlb etmək istəyirlər. Onlar dedilər ki, biz həmin qrupların bu cəhdlərini qətiyyətlə pisləyirik və hansısa qüvvələrin əlində alət olmaq istəmirik. Həqiqətən də bəzi qüvvələr baş verən hansısa hadisədən dövlətə, hakimiyyətə, Prezidentə qarşı istifadə etməyə çalışırlar”, – Ç.Qənizadə bildirib.

Qarabağ qaziləri də öz növbələrində çıxışlarında ölkədə sabitliyi pozan qüvvələrə qarşı olduqlarını bildiriblər. Onlar həmçinin vurğulayıblar ki, Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yürütdüyü siyasəti dəstəkləyirlər.

Bununla yanaşı, qazilər Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağı işğaldan azad etmək üçün istənilən vaxt döyüşə hazır olduqlarını, hətta Aprel müharibəsi zamanı döyüşlərə qatılmaq istədiklərini qeyd ediblər.

Qarabağ qaziləri çıxışlarında həm evlə, həm maşınla, həm də sosial yardımla, pensiya ilə təmin olunduqlarını xatırladıblar və xüsusi imtiyazlara görə Azərbaycan dövlətindən çox razı olduqlarını bildiriblər.

 

Share: