“Qarabağ” – “Molde” oyununun dəqiq vaxtı açıqlandı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” oyununun dəqiq vaxtı müəyyənləşib.

Qol.az xəbər verir ki, bunu Norveç təmsilçisinin rəsmi saytı açıqlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşün sentyabrın 16-da keçiriləcəyi bildirilib. Oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Molde” cütünün qalibinin potensial rəqibi bu gün bəlli olacaq.

Share: