“Qarabağ” və ya “Molde”nin bizə rəqib olacağı vacib deyil”

“Ferentsvaroş”un futbolçusu Miha Mlajiç Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az xəbər verir ki,Macarıstan təmsilçisi 3-cü təsnifat mərhələsində Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdıracağı təqdirdə,  pley-off-da “Qarabağ” – “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

27 yaşlı müdafiəçi “Nemzeti Sport”a açıqlamasında püşklə bağlı deyib: “Əlbəttə bu barədə danışmaq hələ tezdir. Otel otağında olarkən püşkatmaya baxdım. Ancaq indi “Qarabağ” və ya “Molde”nin rəqib olacağı o qədər də vacib deyil. Biz hazırda diqqətimizi “Dinamo” ilə oyuna yönəltməliyik. Hər halda, “Qarabağ” və ya “Molde” ilə görüşdən nə gözləyəcəyim barədə danışa bilsəm, yaxşı olardı”.

Share: