“Qarabağ” Vadji üçün yaxşı təklif göndərmişdi”

“Hauqesund”un meneceri Eirik Opedal “Qarabağ”ın bu klubdan İbrahima Vadjini transfer etməsi barədə danışıb.

Qol.az xəbər verir ki, o, Norveç təmsilçisinin saytına açıqlamasında Ağdam klubunun 26 yaşlı hücumçu üçün sərfəli məbləğ təklif etdiyini bildirib:

“Qarabağ”dan Vadji üçün yaxşı və dəyərləndirməyimiz lazım gələn bir təklif aldıq. Vadjini buraxmağı, ona bu fürsəti verməyi düzgün hesab etdik. Bu yay hücum xəttimizi yaxşı gücləndirmişik. Artıq klubda Vadjini əvəz edə biləcək oyunçular var”.

Qeyd edək ki, “Qarabağ” İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb

Share: