“Qarabağ”da cəzalı duruma yaxın olanlar kimlərdir?

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda da qələbə qazandı. Ağdam təmsilçisi dünən “Sürix”lə (İsveçrə) ilk matçda 3:2 hesabı ilə qələbə qazandı.

Brazilyalı legioner Kadi Borges bu görüşdə vurduğu gözəl qolla yanaşı “sarı vərəqə” alması ilə də yadda qaldı. Bununla da “Qarabağ”ın hazırkı təsnifat mərhələsində aldığı “sarı”ların sayı 8-ə çatdı.
Milletinses.az  Qol.az-a istinadən xəbər verir ki, komandada hazırda ən çox “sarı”sı olan (2 dənə) Riçard Almeyda ilə Kadi Borgesdir. Əgər bu futbolçulardan biri və ya hər ikisi növbəti  görüşlərdən birində də “sarı” vərəqə ilə cəzalandırılsa, bu halda avtomatik olaraq növbəti avrokubok matçını buraxmalı olacaq.

Mövcud qaydalara əsasən, təsnifat mərhələsində 3 sarı vərəqisi olan oyunçu növbəti matçı buraxmalı olur. Qrup mərhələsinə vəsiqə qazandığı halda isə “qırmızı” vərəqə istisna olmaqda digər cəzalar “sıfırlanır”.

Qeyd edək ki, “Qarabağ”ın digər futbolçularından hərəyə bir “sarı”sı olan Kevin Medina, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Leandro Andradedir.

Share: