Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.
Bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.
Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri – Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.
Mənbə