“Qarabağ”ı tərk edib, SSKA-ya keçir?

“Qarabağ”ı tərk edib, SSKA-ya keçir?

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev mövsümün sonu Ağdam klubundan ayrıla bilər.

Qol.az-ın xəbərinə görə, onun karyerasını vətənində davam etdirmək ehtimalı var. Bolqarıstanın gol.bg saytı yazıb ki, millinin 26 yaşlı futbolçusu ilə Sofiyanın SSKA komandası maraqlanır.

Qeyd olunub ki, ordu klubunun bir vaxtlar Slavçevin də çıxış etdiyi “Liteks”in bəzi futbolçularını transfer etmək təcrübəsi var.

Xatırladaq ki, Slavçev “Qarabağ” ötən yay transfer olunub. O, əsas heyətdə yerini möhkəmlədə bilmədiyi üçün mövsümün sonunda “Qarabağ”dan gedəcəyi istisna edilmir.

Share: