“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani” futbolçusu Labinot İbrahimi ilə başa çatan müqavilənin müddətini uzadıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, İbrahimi 2013-cü ildən Albaniya təmsilçisində oynayır.