“Qarabağ”ın rəqibində yeni müqavilə

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani”  futbolçusu Labinot İbrahimi ilə başa çatan müqavilənin müddətini uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahimi 2013-cü ildən Albaniya təmsilçisində oynayır.

Share: