“Qarabağ”ın rəqibinin futbolçusu məşqlərə başladı

Avropa Liqasının 4-cü turunda “Qarabağ”la qarşılaşacaq “Sivasspor”un zədəli futbolçusu Jorge Feliks məşqlərə başlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fizioterapevt nəzarətində məşqlərə başlayan ispan futbolçu qaçışla kifayətlənir.

Qeyd edək ki, oyabrın 26-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda “Qarabağ” 0:2 hesabı ilə məğlub olub.

Share: