Qatar qəzasında ölənlərin sayı artdı, ölkəni etirazlar bürüdü

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 46-ya çatıb, 57 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası məlumat yayıb.

 

Bildirilib ki, yaralıların 6-nın vəziyyəti ağırdır. Məlumata görə, qəza zamanı baş vermiş yanğın səbəbindən oradan çıxarılan bəzi cəsədlər tanınmaz hala düşüb.

 

Qeyd edək ki, qəzadan sonra paytaxt Afinada etirazlar başlayıb, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib.

 

Yunanıstan hökuməti ölkə tarixində ən dəhşətli qatar qəzasından sonra üçgünlük matəm elan edib.

Mənbə

Share: